Вернуться назад Распечатать

Bakıda maşın skuter sürən azyaşlı qızı vurub öldürdü

 Bu gün saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.


1xeber.media xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.


Qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.


Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.