Вернуться назад Распечатать

İran XİN: “Zəmanət və təzminat olmadan ABŞ ilə danışıqlar baş tutmayacaq”

1xeber.media xəbər verir ki,dünən İranın xarici işlər naziri Abbas Əraqçı “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, ABŞ nüvə danışıqlarına başlamazdan öncə İrana maliyyə təzminatı ödəməli və gələcəkdə yenidən hücum etməyəcəyinə dair zəmanət verməlidir. 

“Danışıqların ortasında bizə hücum etdilər. Bizə real inam yaratma addımları – təzminat və təhlükəsizlik zəmanətləri lazımdır”, - deyə, nazir vurğulayıb.