Kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə respublikada lider mövqeyində qərarlaşan Şəmkir rayonunda cari ildə nəticələrin qorunub saxlanılması və daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
1xeber.media xəbər verir ki.rayonda olan əkin sahəsinin həcmi baxımından önəmli yer tutan kartof sahələrində də artıq məhsul yığımına başlanıb.
Cari ilin məhsulu üçün Şəmkirdə 𝟔𝟔𝟏𝟓,𝟐 𝐡𝐞𝐤𝐭𝐚𝐫 sahədə kartof əkilib. Son statistik məlumatlara görə əkilmiş sahələrin 𝟒𝟖𝟎𝟐,𝟎 𝐡𝐞𝐤𝐭𝐚𝐫ı𝐧𝐝𝐚 məhsul yığımı artıq başa çatıb.
Fermerlər tərəfindən bu il ümumilikdə 𝟏𝟑𝟑 𝟗𝟕𝟓,𝟎 𝐭𝐨𝐧 məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 𝟐𝟕𝟖,𝟎 𝐬𝐞𝐧𝐭𝐧𝐞𝐫 təşkil edib.
Yerli fermerlər bildirir ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və məhsuldarlıq yüksək səviyyədədir. Bütün bunları nəzərə alaraq onlar növbəti ilə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar.