TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizminin sığorta prinsiplərinə uyğun deyil.
1xeber.media xəbər verir ki,bu barədə Hesablama Palatasının İcbari tibbi sığorta fondunun auditinin nəticələrinə dair məlumatında qeyd edilir.
Qeyd edilir ki, dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90%-dən çoxu özəl tibb müəssisələrində icra edilib.
Nəzərə çatdıraq ki, özəl tibb müəssisələri ilə bağlanan müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsi olduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir.
Audit olunan illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik tərəfindən vəsait ödənildiyi müəyyən edilib.