Вернуться назад Распечатать

Türkiyə-Ermənistan sərhədi hansı halda açılacaq?

Türkiyə-Ermənistan sərhədi də açıla bilər.

1xeber.media xəbər verir ki, bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

Səfir qeyd edib ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma proseslərinə bütöv baxmaq lazımdır:

“İki normallaşma prosesi bir-birinə paralel aparılır. Türkiyə-Ermənistan normallaşma prosesi ilə əlaqədar 2022-ci ildə xüsusi nümayəndələr təyin edilib. Məlumdur ki, Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 1993-cü ildən Türkiyənin Ermənistanla sərhədi bağlıdır. Ermənistan dənizə çıxışı olmayan ölkədir, bu vəziyyətdən ən çox əziyyət çəkən erməni xalqıdır.

Ermənistan şərqdən və qərbdən Azərbaycan və Türkiyə ilə həmsərhəddir və bu sərhədlər bağlıdır. Hamı bu sülhdən qazanacaq, amma daha çox Ermənistan fayda götürəcək. Biz normallaşma prosesinin sürətlənməsini istəyirik.

 Davamlı sülh anlaşması imzalanarsa və yaxud paraflanarsa, Zəngəzur Dəhlizi ilə bağlı şərtlər təmin olunarsa, uyğun vaxtda Ankara və Bakının məsləhətləşmələri nəticəsində Türkiyə-Ermənistan sərhədi də açıla bilər. Bu normallaşma prosesinin necə inkişaf etməsindən asılı olacaq”.