Вернуться назад Распечатать

Putinin avqustun 8-nə qədər vaxtı var....

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiyanı hədələyib.

1xeber.media  “Ukrainska pravda”ya istinadən xəbər verir ki, Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.

“Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Onlar sanksiyalardan xəbərdardırlar. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik”, - deyə Tramp qeyd edib.

Həmçinin Amerika lideri iyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbənin nəticələrini kəskin tənqid edib: “Rusiyanın etdikləri iyrəncdir”.