Вернуться назад Распечатать

Arif Babayevlə vida mərasimi keçirilir

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

1xeber.media  xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edir.

Arif Babayev 1-ci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, xanəndə bu gün səhər saatlarında 87 yaşında vəfat edib.