ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə mübahisədə sözdən əmələ keçib və iki nüvə sualtı qayığının yerdəyişməsi barədə göstəriş verib.
1xeber.media xəbər verir ki, O, bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatlarına əsaslanaraq, mən bu axmaq və qızışdırıcı bəyanatlardan başqa bir şey olmadığı təqdirdə, iki nüvə sualtı qayığının müvafiq bölgələrə yerləşdirilməsinə göstəriş vermişəm", - Amerika lideri bildirib.