Вернуться назад Распечатать

Rusiyanın Avropa ilə böyük müharibəyə reaksiyası açıqlanıb

“Oreşnik” orta mənzilli ballistik raket Avropanın Rusiya ilə böyük müharibəyə hazırlığına Rusiyanın cavabı olacaq.

1xeber.media xəbər verir ki, bunu illi Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Hərbi ekspert qeyd edib ki, Qərb ölkələri "Ukraynanı dəstəkləməyi və 2030-cu ilə qədər Rusiya ilə böyük müharibəyə tam səfərbər olmağı" planlaşdırır. Ekspertin fikrincə, o vaxta qədər Rusiya kifayət qədər “Oreşnik” sistemləri istehsal etmiş olacaq ki, bu da NATO-nun adi silahlar və qoşunların sayına görə üstünlüyünü zərərsizləşdirməyə imkan verəcək.

Korotçenko ilk seriyalı Oreşnik sisteminin qəbulunu Rusiyanın ölkə ətrafında yaranan hərbi-siyasi vəziyyətə reaksiyası adlandırıb.