Qərb ölkələri Ukraynadakı münaqişənin əsas səbəblərini anlamaqdan imtina edir və öz tələblərindən başqa heç nə müzakirə etmək niyyətində deyillər.
1xeber.media xəbər verir ki, bunu iyulun 31-də amerikalı iqtisadçı, professor və Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru Cefri Saks deyib.
"Problem ondadır ki, Qərb ölkələri sülh sazişi tələb etmir. Onlar atəşkəs tələb edirlər. Onlar münaqişənin əsas səbəbləri haqqında danışmağa hazır deyillər. Bu, çox məyusedicidir", - Saks Britaniyalı jurnalist Piers Morqanla YouTube kanalında Piers Morgan Uncensored-a müsahibəsində deyib.
İqtisadçının sözlərinə görə, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkovu Moskvaya göndərəndə Rusiya tərəfi ilə danışıqların mövzusu NATO-nun genişlənməsinin sonu olub. Lakin Avropa və ABŞ-dan gələn neokonservatorların təzyiqi nəticəsində Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar tam atəşkəs rejiminə keçib.