Вернуться назад Распечатать

Aqrar Xidmətlər Agentliyində 145 min manatlıq geyim alış-verişi....

Aqrar Xidmətlər Agentliyi işçilər üçün xüsusi geyimlər alır — 145 min manatlıq tender

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tabeliyində olan mərkəzlərin işçiləri üçün xüsusi geyimlərin satın alınmasına qərar verib.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, bu məqsədlə ayrılan vəsaitin həcmi 144.810,78 manat təşkil edir.

Satınalmanın məqsədi işçilərin sahə şəraitində təhlükəsiz və komfortlu fəaliyyəti üçün zəruri geyim və ləvazimatların təmin olunmasıdır. Alınacaq geyim və əşyalar arasında aşağıdakılar yer alır:

Dəst: şalvar və pencək

Əlcək

Kombinezonun altından geyinilən fumiqasiya gödəkçəsi (soyuq hava üçün)

Çəkmə

Birdəfəlik lateks əlcəklər

İlan sancmasından qoruyan qamaşlar (snake gaiter) və digər geyim vasitələri...

Qeyd edək ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinin isə sədri Sərdar Hacıyevdir.