Вернуться назад Распечатать

The Times: İnsanların süni intellektə görə yox olma ehtimalı ən azı 95% -dir

Texnologiyanın inkişafı indiki sürətlə davam edərsə, süni intellekt (AI) səbəbindən insanların məhv olma ehtimalı ən azı 95% təşkil edir.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 1-də “The Times” qəzeti Google və Microsoft şirkətlərinin keçmiş mühəndisi, Maşın İntellektinin Tədqiqatları İnstitutunun prezidenti Neyt Soaresə istinadən məlumat yayıb.

Qəzet Soareşin sözlərini sitat gətirir: "Bizim indiki yolumuzla davam etsək, süni intellekt sayəsində məhv olma ehtimalımız "ən azı 95%"dir".

The Times qeyd edir ki, süni intellekt hazırda inkişafın ilk mərhələsindədir, lakin sonradan hər şey dəyişə bilər. Müəyyən vaxt ərzində maşın intellekti ümumi süni intellekt (AGI) səviyyəsinə çatacaq ki, bu da insan intellektinə bərabər qabiliyyətlərə gətirib çıxaracaq.