“Olympus Park” tikinti şirkətinin sahibi Rafael Qarayevə qarşı dələduzluq edilib.
Rafael Qarayev Türkiyə səfirliyinin yaxınlığındakı torpaq sahəsini almaq istəyərkən aldadılıb.
R.Qarayev 1 milyon 890 min manatlıq dələduzluğa məruz qaldığını iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib.
İş adamına qarşı dələduzluqda ittiham olunan şəxsin İnam Cəfərov olduğu bildirilir.
Rafael Qarayevin şikayətindən sonra cinayət işi açılıb. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs R.Qarayevin zərərinin 1 milyon 400 min manatını geri qaytarıb.
Qalan məbləğə görə tərəflər arasında razılığın olduğu bildirilir.
Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və ona şərti cəza verilib.(musavat)