Вернуться назад Распечатать

Gəray Gəraybəyli 10 manatlıq şirkətə 197 min AZN həvalə edə bilər

Azərbaycan Tibb Universiteti (ATU) ağıllı keçid sisteminə dəstək, daxili proqram təminatının inteqrasiyası, yeni əlavələrin edilməsi və müvafiq lisenziyaların təmini xidmətlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.

1xeber.media xəbər verir ki,qalib "RETURN" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 197.510 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.

Məlumata görə, qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Rasim Quliyev Qədir oğludur.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidir.