Bu gün keçirilən mərasim birgə əməkdaşlığın hansı uğurlu nəticələrə gətirib çıxara biləcəyinin əyani sübutudur.
1xeber.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycandan Türkiyə vasitəsilə Suriyaya təbii qazın nəqlinə dair keçirilən mərasimdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Suriya bu gün normallaşma prosesinə start verir. “Çox qısa müddət ərzində bu layihənin həyata keçirilməsi üçün genişmiqyaslı işlər görüldü. Bu hadisə birgə səylərin nəticəsidir və Türkiyənin dəstəyi olmadan mümkün olmazdı. Qardaş ölkə kimi Suriyanın inkişafı və bərpası üçün birgə dəstəyimizi nümayiş etdiririk. Bu da əməkdaşlığımızın real nəticəsidir".