Ukrayna uzunmüddətli sülhün bərqərar olması üçün liderlər səviyyəsində danışıqlara hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski özünün Telegram kanalında yazıb.
“Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşməyə hazır olduğunu bir daha təsdiqləyir.
Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülhə ehtiyac olması ilə bağlı sözlərini belə şərh edib. O vurğulayıb ki, Kiyev Rusiya rəhbərliyinin sözlərini eşidir və ümid edir ki, bu sözlər vaxt udmaq deyil, hərbi münaqişəyə son qoymaq niyyəti deməkdir.
Bundan əvvəl Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Ukrayna ilə danışıqlardan danışıb. Onun sözlərinə görə, Kiyev indi tərəflər arasında təmasların vaxtı olmadığına inansa, Rusiya gözləyə bilər.