Вернуться назад Распечатать

Ukrayna münaqişəsinin bu il başa çatması ehtimalı yoxdur - Böyük Britaniya

Ukraynada münaqişənin 2025-ci ildə başa çatacağı ehtimalı yoxdur.

1xeber.media xəbər verir ki, bunu avqustun 2-də “The Guardian” qəzetinə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi deyib.

“İnanıram ki, bir ildən sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdiriləcək”, o deyib.

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bəyan edib ki, hərbi əməliyyatların aktiv fazasının bir il ərzində başa çatması ehtimalı azdır.