Вернуться назад Распечатать

Zaxarova BMT-nin yeni hesabatını Mayakovskinin şeiri ilə şərh edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Vladimir Mayakovskinin “Prozasedavşiesya” şeiri ilə BMT hesabatlarına tələbatın azalması ilə bağlı bəyanatını şərh edib.

1xeber.media xəbər  verir ki, O, avqustun 2-də Telegram kanalında müvafiq yazı dərc edib.

“Eynən ölməz “Prozasedavşiesya”dakı Mayakovski kimi: “Həyəcandan yata bilmirsən. Səhər tezdən. Səhər tezdəni bir yuxu ilə qarşılayıram: "Ah, bütün görüşlərin kökünün kəsilməsi ilə bağlı ən azı bir görüş daha!" - yazırdı.