Rusiya prezidenti Vladimir Putin dövlət başçısı Qasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstanın paytaxtı Astanaya dövlət səfərinə gəlib, 1xeber.media xəbər verir ki,bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidentinin səfər proqramına danışıqlar da daxildir: ölkə liderləri Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müxtəlif sahələrdə müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə edəcəklər.
Putin və Tokayev Qazaxıstan və Rusiya arasında XX Regionlararası Əməkdaşlıq Forumunda da uzaqdan iştirak edəcəklər.Bir qədər əvvəl Rusiya prezidentinin mətbuat xidməti beynəlxalq hava limanında aktiv hazırlıq barədə məlumat vermişdi. Nursultan Nazarbayev Rusiya liderini salamlayır.