1xeber.media təsnim-ə istinadla xəbər verir ki, o, İran prezidentini sərt tənqid edib:
"Bu nə bəyanatdır?! Guya problem özümüzdədir ki, biz Azərbaycan Respublikası ilə dost ola bilməmişik, amma İsrail dostluq yarada bilib..."
Həmid Rəsai prezidentə bəyanatlarında diqqətli olması və düşmənlərə bəhanə verməməsinin vacibliyini xatərladıbb: "Zəncanda səsləndirdiyiniz son bəyanatlar İran və Azərbaycan xalqları düşmənlərinin dəyirmanına su tökməkdir".
İslami Şura Məclisinin (parlament) nümayəndəsi Məsud Pezeşkianı bəyanatında "iki əsas qüsuru" qabardıb:
"Birincisi, İranı ittiham edir, ikincisi, İsraili Azərbaycanın dostu kimi təqdim edir, İsrail isə Azərbaycan xalqının dostu deyil. İsrail 60 təbrizlini şəhid etdiyi kimi, bir gün Azərbaycan xalqını da qırıb-tökəcək".
"Zəngəzurun bizim üçün kiçik məsələ olduğunu söyləmək İslam Respublikasının siyasətinə və Ali Rəhbərin göstərişlərinə ziddir. Özünüz Rəhbərin sözü önəmlidir dediyiniz halda, niyə Bakıda “Yaşasın Azərbaycan!”ı eşidəndə "Azərbaycan da Təbriz kimidir" deyirsiniz? Halbuki əsla belə deyil.
Prezidentin bu mövqeyi zərərlidir və belə bir qənaətə gətirir ki, bu vəzifəyə daha bacarıqlı və həssas adamlara layiqdir", - deyə Rəsai əlavə edib.