Вернуться назад Распечатать

“Ramiz Mehdiyev məni ora çağırsaydı, getməzdim” – Misir Mərdanov

“Mən Ramiz Mehdiyevin nə xeyir, nə də şər işinə heç zaman dəvət olunmamışam”.

Bunu sabiq təhsil naziri Misir  Mərdanov “Astar TV”yə müsahibəsində PA sabiq rəhbəri, AMRA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy  mərasimindən danışarkən deyib.

“Biz Ramiz Mehdiyevlə bir yerdə işləmişik. Amma özəl, ailəvi işlərində heç vaxt iştirak etməmişəm. O toy  bizim bağdan 500 metr uzaqda olub, təxminən qonşuyuq. Toy Novxanıda olmuşdu. Əvvəla, Ramiz Mehdiyev məni toya çağırmazdı. Çağırsaydı belə, getməzdim”, – deyə M.Mərdanov bildirib.

Qeyd edək ki, 2020-ci il avqustun 18-də PA sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy  mərasimi keçirilib. Mərasim pandemiya zamanına təsadüf edib. Həmin vaxt toyların keçirilməsi ilə bağlı qadağalar var idi.