Вернуться назад Распечатать

Müştərini bayıldan "Bayıldım" restoranı - ŞİKAYƏT VAR

"Dünən səhər yeməyində Bayılda yerləşən "Bayıldım" restoranına getdik. 2 nəfər üçün 35 manat paylaşıblar öz səhifələrində... ( əksəriyyətində olduğu kimi bir qarın yeməyə reklam edən bloggerlərdən hansısa boş-boşuna tərif yağdırmışdı) Girən kimi yaxınlaşdılar, yer təyin etdik, stola əl gəzdirib getdi süfrə gətirməyə.

Süfrə elə bir halda idi ki, itə yemək versən yeməzdi bəlkə də)) dedim dəyişin ! Dəyişdilər..."

1xeber.media  xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Babək Zirəddinoğlu adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Təxminən 30 dəqiqə sonra stolun üstünə təamları düzdülər. Paylaşılan şəkillə demək olar ki, əlaqəsi yox idi, hər şeydən çox az. Dedim ola bilsin şəkildə elə görmüşəm, menyu tələb etdim ki: səhər yeməyinə daxil olan təamlarla stol üstündəkiləri müqayisə edim. Menyuda ümumiyyətlə səhər yeməyi yox idi... yenidən səhifədəki şəkillə müqayisə etdikdə loxlandığımı yavaş-yavaş hiss etməyə başladım.
Heç kəs bir qarın yeməyin acı deyil, bu aydın məsələdir. Amma insanları bu yerə qoymaqları həqiqətən də xoş deyil ! Beyin çöndü... dedim administratoru çağırın.

Biri gəldi ki, baş ofisantam nə irad var bildirin. Buna həyatı başa saldıq getdi, sonra administrator gəldi. Deyirəm bax bu şəkili görürsən? Niyə burda olanların əksəriyyəti süfrədə yoxdur? Deyir o 4 nəfərlik setdir. Dedim okey. Onda Burda nə görürsən tam onun yarısını gətir olsun 2 nəfərlik.
Nə başınızı ağrıdım, biri köhnə gəldi, biri heç gəlmədi, ofisiantlar ortalıqda gəzir, birinə çay deyirsən gedir gəlmir, o birinə deyirsən deyir baş üstə. Üstündən 10 dəqiqə keçir hərəsi bir çaynik çay gətirir... Bir sözlə çox bərbad !
Sonda qəsdən terminal istədim, dedilər karta at işləmir. Dedim atmıram. Çıxıb gedirəm. 2 dəqiqəyə terminalı da düzəldib gətirdilər... 35 manata 1 yumurta "qlazok"u, 4 stəkan da çay..."