ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Moskvaya səfəri Rusiya prezidenti Vladimir Putinin Qərbə ötürdüyü siqnallara görə təxirə salına bilərdi.
1xeber.media xəbər verir ki, bunu Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti, Ən Yeni Dövlətlərin Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov deyib.
Agentlik qeyd edib ki, Vitkoffun Rusiyaya səfəri həftəsonu, İsrailə səfərindən dərhal sonra baş tutmalı idi, lakin heç vaxt baş tutmayıb. "Vitkoffun səfəri ilə bağlı məlumat cümə günü ortaya çıxdı. Elə həmin gün Valaamda Rusiya və Belarus prezidentləri arasında görüş oldu, orada dünyaya çox şey, o cümlədən xaricə siqnallar ötürüldü", - deyən ekspert Putinin sözlərinin "qarşıdan gələn dialoqun nüanslarına müəyyən düzəlişlər" yarada biləcəyini qeyd edib.
Bundan əvvəl Dmitri Peskov bildirmişdi ki, Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Moskvaya səfəri zamanı görüşünün mümkünlüyünü istisna etmir.
Vitkoff Rusiyaya avqustun 6 və ya 7-də gələ bilər.