Вернуться назад Распечатать

4 manatlıq inşaat şirkəti də DVX-nin "qara siyahı"nda

"ESR İNŞAAT"  Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər arasındadır. 

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, şirkət Vergilər Nazirliyi tərəfindən riskli vergi ödəyicisi kimi tanınıb.

Şirkətin qanuni təmsilçisi, direktoru Emil Tağıyev Həsən oğludur. Nizamnamə kapitalı isə cəmi 4 manatdır.

Riskli vergi ödəyiciləri siyahısına düşmək adətən vergi öhdəliklərinin yerinə yetirilməməsi, qeyri-şəffaf fəaliyyət və ya digər hüquqi uyğunsuzluqlar səbəbilə baş verir.

Hazırda şirkətin adının bu siyahıya hansı konkret səbəblə salındığı bəlli deyil.