Вернуться назад Распечатать

Nazirin müşavirinə ORDU GENERALI rütbəsi verildi

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.

1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, müvafiqsərəncam Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

Bəxtiyar Ərsay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.