Вернуться назад Распечатать

Xirosimada nüvə bombasının ildönümü ilə bağlı etirazlar başladı

Yaponiyanın Xirosima şəhərində yüzlərlə insan Amerika hərbçiləri tərəfindən şəhərin nüvə bombalanmasının 80-ci ildönümünə həsr olunmuş etiraz aksiyasına qatılıb.

1xeber.media xəbər verir ki, Avqustun 6-da baş vermiş hadisənin görüntüləri  təqdim edilib.
Qeyd olunur ki, aksiya iştirakçıları nüvə silahından tam imtinanı, həmçinin silahlı münaqişələrə son qoyulmasını tələb ediblər.

Kadrlarda meydanda banner və müxtəlif atributlu insanların dayandığı görünür. Mitinqdə yerli hüquq-mühafizə orqanları da iştirak edib.