Вернуться назад Распечатать

Fransanın cənubunda meşə yanğınında bir nəfər ölüb

Fransanın cənubundakı Aude departamentində baş verən meşə yanğınında bir nəfər ölüb, bir nəfər isə itkin düşüb.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 6-da vilayət prefekturasından məlumat verilib.

"Qurbanlar haqqında ilkin məlumatlar bir nəfərin Sen-Laurent-de-la-Kabrerissdəki evində öldüyünü göstərir. Bundan əlavə, bir nəfər də itkin düşmüş hesab olunur", - hakimiyyətin X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi səhifəsində deyilir.

Qeyd olunur ki, yanğın avqustun 5-də Ribo kommunasında başlayıb. Yanğın 15-dən çox bələdiyyəni əhatə edən 11 min hektardan çox ərazini əhatə edib.