Вернуться назад Распечатать

Arif Məmmədovun ölüm səbəbi açıqlandı

Əslən Gəncə şəhərindən olan Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.1xeber.media

1xeber.media Teleqraf-a istiandən xəbər verir ki, o Gürcüstana istirahətə gedib və qaldığı oteldə səhhəti qəfil pisləşərək komaya düşüb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Onun nəşinin ölkəmizə gətirilməsi üçün hazırlıq görülür.

***

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun vəfat səbəbi açıqlanıb.

Bu barədə federasiyanın mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, o, Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib. Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada 3 həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 47 yaşlı A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.