Вернуться назад Распечатать

Türk lider Xaçatryana təşəkkür etdi

Türkmənistanın Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Ermənistan Prezident Vaaqn Xaçatryan türkmən həmkarı Sərdar Berdiməhəmmədov ilə görüşüb.

1xeber.media xəbər verir ki, Türkmənistan lideri ölkəsinə səfərinə və “Dənizə çıxışı olmayan ölkələrin üçüncü Konfransı”nda iştirakına görə Ermənistan prezidentinə təşəkkürünü bildirib.

Xaçatryan da dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Türkmənistan prezidentinə minnətdarlığını bildirib.

Görüş zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.