Вернуться назад Распечатать

Tramp Rusiyadan neft alışına görə Hindistana əlavə 25 faiz rüsum tətbiq edən sərəncam imzalayıb

1xeber.media xəbər verir ki, “Hesab edirəm ki, Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edən Hindistandan malların idxalına əlavə advalor rüsumunun tətbiqi zəruri və məqsədəuyğundur”, - ABŞ prezidenti Donald Trampın fərmanında deyilir.

Bundan əvvəl Tramp Hindistanın Rusiya neftini almaqla Rusiyanın Ukraynaya qarşı müharibəsini dolayısı ilə dəstəklədiyini iddia etmişdi.

Hindistan ABŞ-ın Rusiyadan bəzi mallar aldığını xatırladaraq bu iddiaları təkzib edib.

Trampın fərmanında deyilir ki, Hindistandan ABŞ-ın gömrük ərazisinə gətirilən mallara 25 faiz əlavə advalor rüsum tətbiq edilir.

Rusiyanın əsas ixrac məhsulu ABŞ və Avropa sanksiyaları altına düşən kimi Hindistan Rusiya neftinin əsas alıcısına çevrildi.