Litvanın hakim Sosial Demokrat Partiyası (SDPL) ölkənin baş naziri vəzifəsinə əmək və sosial məsələlər naziri İnqa Ruqinienenin namizədliyini irəli sürüb.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 6-da LRT portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, SDPL elitası Gintautas Paluckasın istefasından sonra yeni baş nazirin namizədliyini müzakirə etmək üçün Vilnüsdə kollegiya iclasına toplaşıb. Həmin gün daha sonra partiyanın daha geniş idarəetmə strukturu olan Rəyasət Heyəti də baş nazir vəzifəsinə namizədin irəli sürülməsi ilə bağlı yekun qərarın qəbulu üçün toplaşdı.
LRT mənbələrinin məlumatına görə, onunla rəqabət aparan nəqliyyat naziri vəzifəsini icra edən Yevgeniyus Sabutis son anda namizədliyini irəli sürməkdən imtina edib. Litva Sosial Demokrat Partiyasından baş nazir postu uğrunda mübarizədə iki namizədin qaldığı dəqiqləşdirilir.