Вернуться назад Распечатать

Trampın paylaşımı, Əliyevin təşəkkürü və 3 dəfə artan ticarət...

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin strateji mərhələyə qədəm qoyması üçün yeni imkanlar yaranıb. Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu prespektivlər daha da güclənib. Vaşinqtonın əvvəlki administrasiya dövründə zəifləyən və bir sıra hallarda gərginləşən münasibətləri strateji müstəviyə daxil etmək üçün artıq kifayət qədər geniş imkanlar vardır.

1xeber.media xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, ötən ildən başlayaraq iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır:
“Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci illə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamikası ticarət və qarşılıqlı sərmayə qoyuluşları sahəsində daha geniş imkanlar yaradacaq.
Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verməkdədir. Bu, cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmaqla yanaşı, həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlaması demək idi.
Bütün bunların kontekstində Azərbaycan Prezidenti İlham Əliyevin bu gün - avqustun 6-da Birləşmiş Ştatlara səfəri yalnız ABŞ Azərbaycan münasibətləri deyil, bütövlükdə Amerika-Cənubi Qafqaz əlaqələrində yeni səhifə açacaq”.