Вернуться назад Распечатать

Zelenski Putin və Wittkoffun danışıqlarının nəticələrini dəyərləndirib

1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında aparılan danışıqlardan sonra Ukraynada atəşkəsə daha çox meyllənib.

 Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında onların söhbətinin nəticəsini belə qiymətləndirib.

"Görünür, Rusiya indi atəşkəsə daha çox meyllidir. Onlara təzyiqlər işləyir. Amma əsas odur ki, bizi təfərrüatlarda aldatmasınlar - nə bizi, nə də ABŞ-ı", - o deyib.

Bundan əvvəl Zelenski ABŞ lideri Donald Trampla telefon danışığını təsdiqləyib. O, söhbətdə Avropa liderlərinin də iştirak etdiyini vurğulayıb.

Avqustun 6-da Putin və Vitkoff Kremldə danışıqlar aparıblar; görüş üç saata yaxın davam etdi. Müzakirə mövzuları arasında Ukrayna münaqişəsi və Rusiya ilə ABŞ arasında strateji əməkdaşlığın mümkün inkişafı perspektivləri olub.