Вернуться назад Распечатать

Başçı Adil Məmmədovun 77 min manatlıq unitaz və əlüzyuyan almaq istəyi BAŞ TUTMADI

 

Xəbər vermişdik ki, Qobustan Rayon İcra Hakimiyyəti mal-materialların satınalınması məqsədilə  77.030,76 AZN-lik tender elan edib.

1xeber.media 32gun.az -a istinadla xəbər verir ki, sözügedən müsabiqə ləğv edilib. Satınalma müsabiqəsi təklif verən malgöndərənin olmaması səbəbindən ləğv edilib. Bildirilib ki, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə iştirak üçün minimum üç təchizatçının olmaması səbəbi ilə proses dayandırılıb.

Xatırladaq ki, tender şərtlərinə görə, yol boyası, su borusu, elektrod, elektrik kabeli, elektrik açarı, əlüzyuyan, unitaz, mismar, şpaklovka və digər materialların alınması planlaşdırılırdı.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdur.