Вернуться назад Распечатать

Şəmkirdə faciə: 9 nəfər həyatını itirdi

Şəmkirdə ağır yol qəzası baş verib.

1xeber.media xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobsla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.