Вернуться назад Распечатать

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı yekun hesabat hazırlayacaq

Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

1xeber.media TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

"İstintaq tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.