Вернуться назад Распечатать

Bakıda tikintidə faciə: Usta hündürlükdən yıxılıb öldü

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

1xeber.media lent.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Kamil oğlu Şahbazov Bakı şəhərinin ərazisində qeyri-yaşayış obyektində usta işləyərkən hündürlükdən yıxılıb.

O, aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.