Kiyev liderlərin ikitərəfli və üçtərəfli formatda görüşünə hazırdır və Moskvadan da bunu gözləyir.
1xeber.media xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski Telegram-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşündən əvvəl gözləntilərdən danışıb.
"Yaxın gələcəkdə liderlər səviyyəsində sülh naminə görüşlərin müxtəlif potensial formatları müzakirə olunub: iki ikitərəfli format, bir üçtərəfli. Ukrayna görüşlərdən qorxmur və Rusiya tərəfdən də eyni cəsarətli yanaşmanı gözləyir", - Zelenski bildirib.
Prezident əlavə edib ki, Avropa İttifaqının nümayəndələri ilə mümkün danışıqlarda Ukraynanın mövqeləri barədə razılığa gəlib.
Yazıda Zelenski Almaniya kansleri Fridrix Merzlə telefon danışığı apardığını da bildirib. Ukrayna liderinin sözlərinə görə, onlar respublika ərazisində münaqişəyə son qoymağın zəruriliyini və Kiyevin Avropa İttifaqına daxil olmasını müzakirə ediblər.