Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ prezidenti Donald Trampla görüşmək üçün münasib yerdir.
1xeber.media xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin deyib.
"Ölkəmizin dostlarından biri Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan. Düşünürəm ki, biz qərar verəcəyik, lakin bu, danışıqlar üçün kifayət qədər əlverişli yerlərdən biri olardı", - dövlət başçısı qeyd edib.