Bütün Yaxın Şərq ölkələri regionda sülhə nail olmaq üçün İsraillə münasibətlərin normallaşdırılmasına dair İbrahim razılaşmalarına qoşulmalıdır.
1xeber.media xəbər verir ki, bunu cümə axşamı, avqustun 7-də ABŞ prezidenti Donald Tramp deyib.
Amerika liderinin sözlərinə görə, İranın nüvə arsenalının məhv edilməsindən sonra bütün region ölkələrinin sazişlərə qoşulması Yaxın Şərqdə sabitliyi təmin edəcək.
"Mənim üçün Yaxın Şərqdəki bütün ölkələrin İbrahim razılaşmalarına qoşulması çox vacibdir. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək", - Tramp Truth sosial şəbəkəsində yazıb.