Вернуться назад Распечатать

Azərbaycanda daha bir ağır yol qəzası: Ölənlər var

Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.

1xeber.media "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.