"Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi pilotsuz uçuş aparatları və onlara aid avadanlıqların satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb. Satınalma üzrə qalib "Bimextech" MMC olub.
1xeber.media xəbər verir ki, Müqavilənin ümumi dəyəri 69.515,57 AZN təşkil edir və yaxın günlərdə tərəflər arasında rəsmi razılaşmanın imzalanacağı gözlənilir.
Alınacaq avadanlıqlar arasında asqılı kamera-zoom, pilotsuz uçuş aparatı (köməkçi dron), asqılı LİDAR kamera (köməkçi drona quraşdırılması üçün), mobil stansiya və digər texniki vasitələr yer alır.
32gun.az