Prezident İlham Əliyevin ABŞ-a bu ölkənin dövlət başçısı Donald Trampın dəvəti ilə gerçəkləşən səfərini gözləmək olardı. Çünki Bakı–Vaşinqton ikitərəfli münasibətlərinin hazırkı sabit axarı gələcək üçün perspektiv yaradır. Əsas olan bu axarı sabitlikdən dinamiklik müstəvisinə qaldırmaqdır. Həm də ona görə ki, dinamikliyin regional sabitlik və qlobal təhlükəsizlik aspekti var. Mövcud aspekt isə özlüyündə daha dərin yanaşmalar tələb edir.
Əliyevin ABŞ səfərindən gözləntilər nələrdir?
1xeber.media bildirir ki,on illərdir davam edən Azərbaycan-Ermənistan münaqişəsi geridə qalıb. Zəfərin, Sülh sənədinin əsasını təşkil edən 5 baza prinsipinin təşəbbüskarı Azərbaycandır.
Tərəflər yaxın zamanda sülh müqaviləsi bağlayacaqlarına hazır olduqlarını bəyan edirlər
Azərbaycanın əsas hissəsi və Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin edilir
ABŞ "907-ci düzəliş"i dondurur.
ABŞ və Azərbaycan rəsmi səviyyədə Strateji Tərəfdaşlığa doğru addımladıqlarını Anlaşma Memorandumu ilə bəyan edirlər
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanır. Sənəd artıq dəyişdirilməyəcək və imzalanmağa tam hazır olduğu təsdiqlənir
Azərbaycanın tələbi ilə ATƏT-in Minsk Qrupu buraxılır. Bunun üçün iki ölkə lideri Baş katibə birgə müraciət ünvanlayırlar.
Azərbaycan ABŞ ilə enerji və digər sahələrdə əməkdaşlığa başlayır.