Вернуться назад Распечатать

Azərbaycan xalqının hərb meydanında yaratdığı yeni reallıqı bu gün Vaşinqtonda masa arxasında sənədlərlə təsdiq olunur

08.08.2025-ci il Cənubi Qafqazın həyatı üçün tarixi bir gündür. Çünki, Cənubi Qafqaz tarixən  müharibələrin davam etdiyi bir region olmuşdur. O cümlədən Cənubi Qafqazda baş verən əksər müharibələr bu regiona aid olmayan qüüvələr tərəfindən qızışdırılıb, aparılıb . Amma əziyyət çəkən isə bu regionun xalqları olub.

1xeber.media xəbər verir ki,bu sözləri deputat Azər Badamov paylaşdığı statusda yazıb.

Kənar qüvvələr regionumuzun xalqlarını üz-üzə qoymaqla aralarında ədavət salmağa çalışmışlar. Çünki, bu region coğrafi baxımdan kənar güclər üçün həmişə maraqlı olmuşdur.  Bu gün isə yeni tarixin başlanğıcı qoyulur. Bu günki yeni tarixin başlanğıc səhfəsini  27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev açdı. Artıq 5-ci ildir ki, regionumuzun xalqları yeni bir kitabın səhifələrini açır və gələcəyə böyük ümidlərlə baxır. O ümidlər ki, müharibələrə yox, əməkdaşlıq və inkişaf üzərində qurulub. Azərbaycan xalqının  hərb meydanında  yaratdığı yeni reallıqı bu gün  Vaşinqtonda masa arxasında sənədlərlə təsdiq olunur.