1xeber.media xəbər verir ki, İsrail baş nazirinin mətbuat xidməti avqustun 8-də bildirib ki, ABŞ prezidenti Donald Trampın telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahuya qışqırması ilə bağlı yayılan xəbərlər yalandır.
“Baş nazir Netanyahu ilə prezident Tramp arasında qızğın şifahi mübahisə olması barədə xəbər tamamilə yalandır”, - “The Times of Israel” yazır.
NBC News ötən gün iki keçmiş ABŞ rəsmisinə istinadən xəbər verib ki, Tramp Qəzza zolağındakı humanitar böhranı müzakirə etmək üçün telefon danışığı zamanı Netanyahuya qışqırıb.