Вернуться назад Распечатать

Əliyev ABŞ-da İŞ GÖRÜR,Paşinyan isə GƏZİR....-Ermənilər narazıdır

“Vaşinqtonda olan Azərbaycan Prezidenti İlham Əliyev Trampla görüşdən əvvəl muzeylərə və zooparka baş çəkmir, yalnız və yalnız işləyir!”

Bunu erməni ictimai xadim və siyasətçi Edqar Qazaryan yazıb.

“Avqustun 7-də Əliyev Trampın xüsusi elçisi Stiven Uitkoffla görüşüb. Uitkoff bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ  Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq  haqqında Memorandum” imzalanıb”, – o vurğulayıb.

Qazaryan qeyd edib ki,Baş nazir Nikol Paşinyan isə həmin məqamda ABŞ-da muzeyləri, zooparkları gəzib, əyləncəli vaxt keçirib.