1xeber.media xəbər verir ki, Reuters Ağ Ev-ə istinadla bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişi imzalayacaq
“Bu, yalnız Ermənistandan deyil, yalnız Azərbaycandan da deyil. Bu, bütün region haqqındadır və onlar bilirlər ki, bu region Trampın prezidentliyi dövründə daha təhlükəsiz və firavan olub,” — deyə administrasiyanın yüksək vəzifəli nümayəndəsi bildirib.
Bundan əlavə, Ağ Ev mətbuat katibi Anna Kelli jurnalistlərə açıqlayıb ki, Tramp enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət sahələrində Ermənistan və Azərbaycanla sazişlər imzalayacaq.