Вернуться назад Распечатать

Soçidə uçuş məhdudiyyətləri aradan qaldırılıb

1xeber.media xəbər verir ki, Rosaviatsiya nümayəndəsi Artem Korenyako teleqramda bildirib ki, Soçi hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.

Onun sözlərinə görə, məhdudiyyətlər dövründə 17 təyyarə alternativ aerodromlara göndərilib.

Rusiya Tur Operatorları Assosiasiyası Soçidən uçuşu gecikən 29 reysi hesablayıb, orta gecikmə müddəti 2 saat 47 dəqiqə olub.

RBK yazır ki, onlayn bort məlumatlarına əsasən, 50-dən çox reys gecikib.

Soçi meri Andrey Proşunin deyib ki, “hazırda şəhərdə qurban və dağıntı yoxdur, bütün infrastruktur normal işləyir”.