Вернуться назад Распечатать

SON DƏQİQƏ: Ruslar SOCAR-ı vurdu!

Rusiya Ukraynanın Odessa vilayətindəki SOCAR-a məxsus neft bazasına beş “Shahed” PUA-sı ilə zərbə endirib.

1xeber.media  xarici KİV istinadla xəbər verir ki, hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. SOCAR-ın dörd əməkdaşı ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Yanğın qısa zamanda lokallaşdırılıb, təmir-bərpa işləri aparılır.

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, zərbələr məqsədli olub və hücumun hədəfi barədə şübhə yoxdur. Bu, son həftələrdə SOCAR-la bağlı obyektlərə ikinci zərbədir: daha əvvəl Orlovka yaxınlığında Azərbaycan qazının ötürülməsi nəzərdə tutulan qazpaylayıcı stansiya zədələnmişdi.