1xeber.media xəbər verir ki, Ukrayna prezidentinin sözlərinə görə, Cənubi Afrika lideri Siril Ramafosa ilə söhbət “dost” və “səmimi” olub.
Zelenski ona ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə son təmasları barədə məlumat verib, Ramafosa cavab olaraq “söhbətinin təfərrüatlarını Rusiya tərəfi ilə bölüşüb”.
"Ukraynanın mövqeyi tamamilə aydındır: sülhə gedən yol atəşkəsdən başlamalıdır. Biz buna, eləcə də müxtəlif formatlarda ən yüksək səviyyədə görüşlərə hazırıq", - deyə Zelenski yekunlaşdırıb.